
ER Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dekabrın 24-də Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan N saylı hərbi hissənin ötən tədris ilinə yekun vurma mərasimində iştirak edib.
İclasda hesabat məruzəsi ilə çıxış edən hərbi hissə komandirlərinin müavinləri görülmüş işlər, əldə edilmiş nailiyyətlər və çatışmazlıqlar barədə məlumat vermiş, qoşunların müdafiə qabiliyyətinin və nizam-intizamının gücləndirilməsi, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin, o cümlədən ordu mövqelərinin təchiz edilməsi işlərinin sürətlə davam etdirildiyini bildirmişlər.
2025-ci tədris ili ərzində görülən işlərə yekun vuran Edvard Asryan ümumilikdə hərbi hissənin tabeliyində olan hərbi hissələrin hazırlığını və növbətçiliyin təşkili ilə bağlı görülən işləri yüksək qiymətləndirib və müvafiq tapşırıqlar verib.
İclas tədris ilində vicdanlı xidmətdə fərqlənmiş bir sıra hərbi qulluqçuların mükafatlandırılması ilə yekunlaşıb.
Bütün digər hərbi hissələrdə də nəticələr ümumiləşdirilib.







