
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
“Armenpress”in məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasının bəyanatına istinadən “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, söhbət zamanı Türkiyə prezidenti Ermənistanla Azərbaycan arasında sülh prosesindən məmnunluğunu ifadə edib. “Türkiyə Ermənistan-Azərbaycan sülh prosesində əldə edilən irəliləyişi dəstəkləyir”, – bəyanatda deyilir.







