
Mən bu istəyi alqışlayıram. Baş nazir Nikol Paşinyan bunu hökumətin brifinqində Türkiyə liderinin 2026-cı ildə Ermənistanla münasibətlərin inkişafı kontekstində simvolik addımların gözlənildiyinə dair açıqlamasına istinad edərək deyib.
“Düzünü desəm, ikitərəfli dialoq səviyyəsində hansısa simvolik və qeyri-simvolik, daha geniş və daha konkret addımların atılmasının vaxtı çatıb. Ümid edirəm ki, bu addımlar reallaşacaq”.
Paşinyan həmin simvolik addımların hansı istiqamətlərə gedəcəyi ilə bağlı mötərizələri açımayıb.
Xatırladaq ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla normallaşma prosesinin davam etdiyini, gələn ilin əvvəlindən bir sıra simvolik addımların atılacağını açıqlamışdı. O, həmçinin bəyan edib ki, Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa çox yaxındır.







