
Atıcılıq üzrə Azərbaycan milli komandası fevralın 27-dən martın 5-dək Yerevanda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək. Bu barədə Prosport-a Azərbaycan yığmasının baş məşqçisi İradə Aşumova məlumat verib. Onun sözlərinə görə, iştirak məsələsi belə müzakirə olunmayıb.
“3-cü MDB Oyunları zamanı Azərbaycan erməni idmançılarına təhlükəsizlik zəmanəti verib. Onlar gəlib burada yarışmayıblar. Buna görə də biz də bu Avropa Çempionatında iştirak etməmək qərarına gəldik. Bu məsələ ilə bağlı dövlət qurumları ilə əlaqə saxlamamışıq” – Aşumova bildirib.
Onu da əlavə edək ki, Azərbaycan Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdur. O, 2025-ci il dekabrın 18-də yenidən bu vəzifəyə seçilib.







