Ermənistan 2024-cü ildə vətəndaşlığını əsasən Rusiya vətəndaşlarının aldığı ölkələr sırasındadır

2025-ci ilin ilk 11 ayı ərzində 97 mindən çox Rusiya vətəndaşı digər ölkələrin vətəndaşlığını və ya yaşayış icazəsini alıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər azdır.
Bu barədə TASS agentliyinə Rusiyanın Daxili İşlər nazirliyinin mətbuat mərkəzi sorğuya cavab olaraq məlumat verib.
“2025-ci ilin ilk 11 ayında Rusiya Federasiyasının vətəndaşları xarici dövlətin vətəndaşlığını (təəbəliyini) əldə etmələri, yaşayış icazəsi və ya Rusiya vətəndaşının xarici dövlətdə daimi yaşamaq hüququnu təsdiq edən digər sənəd almaları barədə 97 mindən çox bildiriş təqdim ediblər” – deyə mətbuat mərkəzi bildirib.
DİN-də əlavə ediblər ki, 2024-cü ilin ilk 11 ayında bu cür bildirişlərin sayı 109 min olub.
“Baxılan dövrdə Rusiya Federasiyasının vətəndaşları əsasən Almaniya, İsrail, İspaniya, Ermənistan və ABŞ-da vətəndaşlıq əldə etdiklərini və yaşayış icazəsi aldıqlarını bildiriblər” – deyə nazirlik əlavə edib.
Xarici ölkədə pasport və ya yaşayış icazəsi alan şəxs bu barədə Rusiya Daxili İşlər Nazirliyinə məlumat verməyə borcludur, – deyə TASS xəbər verir.
Əgər Rusiya vətəndaşı bu tələbi yerinə yetirməzsə, 500–1000 rubl məbləğində cərimə oluna bilər və ya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.2-ci maddəsinə əsasən 200 min rubla qədər cərimə və ya 400 saata qədər icbari iş cəzası tətbiq oluna bilər.







