BaşlıcaSiyasət

Ədliyyə nazirliyi: “Yeni Konstitusiya ilə bağlı OdaTV-də yayılan məlumatlar saxtadır”

Ədliyyə nazirliyi bildirir ki, OdaTV-də yayımlanan “tarixi qərar”ın qəbul ediləcəyi və “erməni xalqı”nın Konstitusiyadan çıxarıldığı barədə məlumatlar tamamilə yalandır və reallığa qətiyyən uyğun deyil։

OdaTV xəbər saytında guya “tarixi qərar”ın qəbul ediləcəyi və “erməni xalqı”nın Konstitusiyadan çıxarıldığı iddia edilən məqalə dərc olunub.

 Nəşrdə yer alan hər bir məqama ayrıca toxunmadan bildiririk ki, yeni Konstitusiya ilə bağlı həmin material tamamilə saxtadır və həqiqəti əks etdirmir.

 Təqdim olunan məlumat yeni Konstitusiyanın mümkün dəyişikliklərini tam şəkildə təhrif edir։

Hörmətli vətəndaşlar, nəzərə alaraq ki, yeni Konstitusiyanın hazırlanması prosesi Ədliyyə nazirliyi tərəfindən həyata keçirilir, prosesin bütün detalları ilə bağlı aydınlıq gətiririk.

 Hazırda qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin, parlamentdənkənar qüvvələrin və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən ibarət Konstitusiya İslahatları Şurası fəaliyyət göstərirr.

 Şuraya Ədliyyə naziri Srbuhi Qalyan rəhbərlik edir. Şura sistemli və ətraflı şəkildə çalışaraq Konstitusiyanın hər bir fəslində təklif olunan dəyişiklikləri müzakirə edir։

Məqsəd ondan ibarətdir ki, hər bir təklif edilən dəyişiklik əsaslandırılmış olsun, peşəkar rəylər, eləcə də ictimai və siyasi maraqların geniş spektri nəzərə alınsın.

 Bildiririk ki, Şuranın müzakirələri, təklifləri və qəbul edilən qərarları hələ yeni Konstitusiyanın mətni hesab edilmir։

Hər şey xalqın yekun qərarından asılıdır və bu qərar referendum yolu ilə qəbul ediləcək։ Konstitusiyaya istənilən dəyişiklik yalnız yeni Konstitusiyanın qəbul edilməsi məsələsi referendumda təsdiqləndiyi halda həyata keçiriləcək.

 Bu proses Ermənistan Respublikasının demokratik prinsiplərə sadiqliyini əks etdirir və yekun sözün yalnız xalqa məxsus olduğunu vurğulayır.

 Ədliyyə nazirliyi media nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi məlumatlara əsaslanmağa və əsassız fərziyyələrdən çəkinməyə çağırır, çünki yeni Konstitusiya islahatları prosesi açıqdır və hamının diqqət mərkəzindədir։

Qeyd edək ki, yeni Konstitusiyanın mətni ümummilli seçkilərdən sonra referendumun müzakirəsinə çıxarılacaq. Konstitusiya İslahatları Şurasının iclasları və müzakirə olunan mövzularla bağlı Ədliyyə Nazirliyi mütəmadi olaraq məlumatlandırma aparır.

 Bir daha size yalnız nazirlik tərəfindən yayımlanan rəsmi açıqlamaları izləməyə çağırırıq” – deyə məlumatda bildirilir։

Daha çox göstər
Back to top button