
Azərbaycan müxalifət xadimi və siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Qazi Facebook səhifəsində atasının müraciətini dərc etdi.
Öz müraciətində Tofiq Yaqublu Venesuela prezidenti Nikolas Maduronun həbsini şərh edərək, baş verənləri qanunsuz, korrupsiyalı və anti-demokratik liderin aradan qaldırılması baxımından müsbət inkişaf kimi qiymətləndirdi.
Eyni zamanda o, baş verənlərin ciddi hüquqi suallar doğurduğunu vurğuladı.
Yaqublu qeyd etdi ki, ABŞ hökumətinin beynəlxalq hüquq çərçivəsində dünyanın digər qanunsuz, korrupsiyalı və repressiv rəhbərlərinə qarşı da eyni dərəcədə sərt və prinsipial yanaşma nümayiş etdirməsi daha məqsədəuyğun olardı.
Onun sözlərinə görə, bir diktatora qarşı yumşaq davranmaq, eyni zamanda digərini həbs etmək qəbuledilməzdir.
Tofiq Yaqublu həmçinin İran və Azərbaycandakı vəziyyətin müqayisəsinə toxunaraq, ABŞ Prezidenti Donald Trampın İran etirazçılarını dəstəkləyəcəyinə söz verdiyini xatırlatdı.
Onun sözlərinə görə, İranda mitinq azadlığı mövcuddur, Azərbaycanda isə bu, faktiki olaraq ləğv edilib ki, bu da Yaqublunun fikrincə, aşkar ikiüzlü standartlardan xəbər verir.







