BaşlıcaSiyasət

Ermənistan XİN naziri İİR Xİ nazirinin müavini  ilə ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edib

Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan, Ermənistan-İran siyasi məsləhətləşmələri keçirmək məqsədilə Yerevanda olan İran İslam Respublikasının Xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançini qəbul edib.

Alınan məlumata görə, bu barədə Ermənistan XİN açıqlama yayıb.

Görüşdə Ermənistan-İran ikitərəfli münasibətlərinin inkişafı məsələləri müzakirə edilib. Hər iki tərəf münasibətləri strateji səviyyəyə qaldırmaq istiqamətində ifadə edilən siyasi razılığı vurğulayıb və bu istiqamətdə görülən işlərə toxunub.

“Aydındır ki, biz qonşu və dost İranla münasibətlərimizə böyük əhəmiyyət veririk. Əslində, bizim üçün bunlar strateji əhəmiyyət kəsb edən münasibətlərdir.

Və təsadüfi deyil ki, Prezident Pezeşkiyan və Baş nazir Paşinyan razılaşıblar ki, bu – artıq cari ildə münasibətlərimizi rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə qaldıraq”-deyərək Mirzoyan qeyd edib.

Daha çox göstər
Back to top button