BaşlıcaSiyasət

“İran jurnalistinin gündəliyi”. Türkiyə İrana ikinci silahlı qrupun daxil olmasının qarşısını almaqda kömək etdi

İran, xarici xüsusi xidmətlərin – o cümlədən İsrail və ABŞ strukturlarının dəstəyi ilə fəaliyyət göstərən silahlı qrupun daxil olma cəhdini dayandırıb.

 Bu məlumat “İran jurnalistinin gündəliyi” Telegram kanalı tərəfindən yayılıb.

Kanal yazır: “Bu, Türkiyənin MİT kəşfiyyatının İrana ötürdüyü terrorçularla bağlı ikinci məlumatdır”.

Daha əvvəl eyni mənbə bildirmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana kömək edərək ölkə ərazisinə daxil olan və ABŞ ilə İsrail tərəfindən dəstəklənən kürd silahlı dəstələrinin zərərsizləşdirilməsində iştirak edib.

Kanalın məlumatına görə,Türkiyə İrana hücumçuların hərəkəti barədə kəşfiyyat məlumatları ötürüb. Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (İİK) qüvvələri əməliyyat keçirərək İlam və Kərmanşah əyalətlərində PJAK qrupunun üzvlərinin əksəriyyətini məhv ediblər.

Türkiyənin MİT kəşfiyyatı İraqdan olan hücumçuların marşrutunu izləyib və İranla məlumat mübadiləsini koordinasiya edib. Bu, diversiyanın tez qarşısının alınmasına imkan yaradıb”.

Daha çox göstər
Back to top button