
Ermənistan-Azərbaycan sülh prosesi hazırda Vaşinqton, Ankara, Brüssel və Londonun nəzarəti altındadır. Ehtimal ki, 2026-cı ildə münaqişə yenidən alovlanmayacaq. Rusiya siyasətşünası Dmitri Trenin bu barədə öz proqnozunda belə deyib.
“Moskvа Bakı ilə soyuq, lakin ümumiyyətlə işgüzar münasibətləri qoruyacaq. Gürcüstanla pragmatik dialoqu da davam etdirəcək. Paşinyanın partiyası görünür, iyun seçkilərində Ermənistanda qalib gələcək və Qərblə yaxınlaşma siyasətini davam etdirəcək, eyni zamanda İrəvanın Moskvayla iqtisadi əlaqələrini qoruyacaq”.







