
ER Müdafiə nazirliyinin inzibati kompleksində 12 yanvar tarixində Ermənistan Silahlı Qüvvələrinin yüksək və baş zabit heyətinin 2026-cı il üçün attestasiya prosesi başlamışdır.
Alınan məlumata görə, bu barədə “Telegram” kanalında Ermənistanın Müdafiə naziri Suren Papikyan məlumat yayıb.
:
“Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Eduard Asryan və Müdafiə nazirinin müavini Arman Sarkisyanla birlikdə attestasiyanın sıraya düzülmə və fiziki hazırlıq imtahan prosesini izlədik”-deyə Papikyan bildirib.
Attestasiya prosesinin ilk günündə yüksək rütbəli zabitlər sıraya düzülmə, ixtisas hazırlığı fənlərindən, turnikdə çəkmə və 100 metr qaçış kimi məşqlərdən imtahan vermişlər.
Müdafiə naziri attestasiyada iştirak edən hərbi qulluqçuları salamlayaraq uğurlar arzulayıb və yüksək və baş zabit heyətinin bu prosesdə iştirakının vacibliyini vurğulayıb.
O, qeyd edib ki, komandanlıq vəzifələrində çalışan generallar və baş zabitlər öz hazırlıq səviyyələri ilə tabeçilərə nümunə olmalıdırlar.








