BaşlıcaSiyasət

Səfirlik: “Ermənistanın Solovyovun açıqlamaları ilə bağlı narahatlıqları Rusiya XİN-ə çatdırılacaq”

Ermənistandakı Rusiya səfirliyi, Rusiya səfiri Sergey Kopirkinin Ermənistan Xarici İşlər nazirliyinə çağırıldığını təsdiqləyib və “Solovyov Live” proqramında edilən açıqlamalarla bağlı erməni tərəfinin narahatlıqlarının Rusiya Xarici İşlər nazirliyinə çatdırılacağını bildirib.

Rusiyanın Yerevandakı diplomatik nümayəndəliyindən TASS-a verilən məlumata görə, Rusiya səfiri həqiqətən də Ermənistan XİN-ə dəvət edilib və ona rus jurnalisti Vladimir Solovyovun sözləri ilə bağlı etiraz notası təqdim edilib.

“Bəli, təsdiq edirik. Səfir Ermənistan XİN-ə çağırılıb. Ona etiraz notası verilib. Solovyovun açıqlamaları ilə bağlı erməni tərəfinin narahatlıqları Rusiya XİN-ə çatdırılacaq” –  deyə  Ermənistandakı Rusiya səfirliyindən açıqlanıb.

Yanvarın 12-də,  daha  öncə ER-da RF-nın  Fövqəladə və səlahiyyətli səfirinə Solovyovun açıqlamaları ilə bağlı etiraz notası təqdim edilib.

Daha çox göstər
Back to top button