BaşlıcaSiyasət

Ermənistan növbəti 5-6 ayda daha çox hibrid təhdidlərlə üzləşəcək: Qriqoryan

Ermənistan üçün qısa və ya uzunmüddətli perspektivdə hərbi təhlükə yoxdur, lakin hibrid təhdidlər riski dəfələrlə artıb.

Bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Qriqoryan Ermənistan ətrafındakı bütün təhlükəsizlik mühitinin, təhdidlərin təbiətinin dəyişdiyini nəzərə almağın vacibliyini vurğulayıb.

“Əgər qısa və ya uzunmüddətli perspektivdə artıq hərbi təhlükə yoxdursa, hibrid təhdidlər riski dəfələrlə artıb. Və çox güman ki, Ermənistan növbəti 5-6 ayda daha çox hibrid təhdidlərlə üzləşəcək”, – Təhlükəsizlik Şurasının katibi bildirib.

Onun sözlərinə görə, hökumətin Milli Təhlükəsizlik Strategiyasının dərc edilməsi prosesini təxirə salmasının səbəbi də bu olub.

“8 avqustun təhlükəsizlik mühitimizi tamamilə dəyişdirdiyini gördük. Bu yeni təhlükəsizlik mühitində yaşamaq təcrübəmiz yoxdur və təhdidlərin təbiəti də dəyişməyə başlayır. Müəyyən bir müddət təcrübə toplamalı və bu təhdidlərə necə cavab verəcəyimizi görməliyik”, – deyə Qriqoryan yekunlaşdırdı.

Daha çox göstər
Back to top button