BaşlıcaSiyasət

Kresin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdan Yerevana gələcək

ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kresin başçılıq etdiyi nümayəndə heyəti Bakıdan Ermənistana səfər edəcək.

Bu barədə “Azadutyun” radiosuna ABŞ-nin ER-kı səfirliyi məlumat verib.

Azərbaycan mətbuatının məlumatına görə, Kresin rəhbərlik etdiyi heyət dünən Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.

Görüşdə Azərbaycan və ABŞ arasında energetika, investisiyalar, ticarət və regional əlaqələr sahəsində, o cümlədən TRIPP marşrutu daxilində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.

Orta Dəhliz çərçivəsində ticarət yollarının diversifikasiyası, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, habelə yeni əlaqələrin qurulması imkanları barədə də fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button