Başlıcaİctimaiyyət

Meğrinin  ircra başçısı: “Erməni-İran  keçid məntəqəsində  İrandan  gələnlərin axınında hiss ediləcək artım yoxdur”

İranda baş verən son hadisələr fonunda Ermənistan–İran sərhəd-keçid məntəqəsində qeyri-adi vəziyyət yoxdur, vəziyyət sakitdir.

Bu barədə Meğri icmasının rəhbəri Xaçik Andreasyan “Radiolur”a bildirib։

O, qeyd edib ki, adi iş rejimi davam edir, İrandan gələnlərin axınında hər hansı nəzərəçarpacaq artım və ya yığılma yoxdur.

“Sərhəd-keçid məntəqəsi, gömrük xidməti və icma strukturları öz normal rejimində fəaliyyətini davam etdirir”.

Mümkün fövqəladə hallar zamanı işlərin yenidən təşkili ilə bağlı heç bir xüsusi addım atılmayıb. Şəhər rəhbərinin sözlərinə görə, bu barədə nə vilayət rəhbərliyindən, nə də digər qurumlardan hər hansı göstəriş verilməyib։

Eyni zamanda Xaçik Andreasyan vurğulayıb ki, zərurət yarandığı təqdirdə Meğri şəhərinin hotelləri İrandan gələnləri qəbul edə bilər։

Daha çox göstər
Back to top button