BaşlıcaSiyasət

Mirzoyan və Rubio Azərbaycanda saxlanılan ermənilər məsələsini müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələləri müzakirə ediblər.

Armenpress-in məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

Nazir bildirib: “Əlbəttə ki, hazırda sülh quruculuğu və əməkdaşlıq sahəsində müsbət tendensiyalara uyğun olmayan mümkün maneələri müzakirə etdik, əlbəttə ki, Azərbaycanda saxlanılan şəxslər məsələsi də bu məsələlərdən biridir”.

Görüş zamanı Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişaf dinamikası və razılaşmaların, birgə təşəbbüslərin həyata keçirilməsi, gələcək perspektivlər də müzakirə olunub.

Daha çox göstər
Back to top button