
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, dörd əsirin qaytarılması və iki muzdlu əsgərin Suriyaya köçürülməsi bir-biri ilə əlaqəli deyil.
“Biz həmçinin Suriya Ərəb Respublikası ilə münasibətlərimizi daha da inkişaf etdirmək üçün çalışırıq. Ümid edirik ki, dostcasına qərarımız Suriyadakı erməni icması ətrafındakı atmosferi daha əlverişli edəcək”, – o bildirib.
Azərbaycan 14 yanvarda dörd əsiri Ermənistana qaytarıb. Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjian və Vaqif Xaçatryan Azərbaycan nümayəndələri tərəfindən Hakari körpüsü vasitəsilə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verilib.
Yanvarın 14-də Ermənistan Respublikasının Ədliyyə Nazirliyi Ermənistanın ömürlük həbs cəzasına məhkum edilmiş Yusif Əlaabet əl-Həcc və Muhrab Məhəmməd əl-Şxeri Türkiyə vasitəsilə Suriyaya təhvil verdiyini açıqladı. Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş suriyalılar 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüblər. Onlar muzdlu fəaliyyətdə və beynəlxalq terrorizmdə ittiham olunublar.







