ƏİİN: “Ermənistan və Azərbaycan nümayəndələri Yerasx–Sədərək dəmir yolu sahəsinin infrastrukturunun mövcud vəziyyətinə dair birgə baxış keçiriblər”

Ermənistan və Azərbaycan nümayəndələri Yerasx–Sədərək dəmir yolu sahəsinin infrastrukturunun mövcud vəziyyətinə dair birgə baxış keçiriblər
Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi (ƏİİN) məlumat yayıb։
“2026-cı il yanvarın 15-də Ermənistan və Azərbaycan nümayəndələri tərəfindən Yerasx–Sədərək dəmir yolu sahəsinin infrastrukturunun mövcud vəziyyətinə dair birgə baxış keçirilib։ Həmin baxışın məqsədi infrastrukturun bərpası istiqamətində müvafiq kompleks tədbirlərin həyata keçirilməsi üçün xüsusi dəmir yolu tikinti texnikasının hərəkətinin təmin olunması baxımından bu dəmir yolu sahəsinin texniki yararlılığını qiymətləndirmək olub։
Keçirilmiş baxış çərçivəsində tərəflər həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar” – deyə məlumatda qeyd olunur։







