
14 yanvar tarixində Ermənistan Xarici İşlər nazirinin müavini Robert Abisoğomonyan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kresin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan XİN-dən verilən məlumata görə, görüşdə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitində Ermənistan və ABŞ arasında imzalanan anlaşma memorandlarının icrası üzrə addımlar, o cümlədən:
“TRIPP” layihəsi (Trumpın Beynəlxalq Sülh və Rifah Yolu),
energetika sahəsində əməkdaşlıq,
mineral resurslar sahəsində birgə fəaliyyətin inkişafı
məsələləri müzakirə olunub.
Tərəflər əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsini, xüsusilə də görüşdən bir gün əvvəl (13 yanvar 2026) Ermənistan Xİ naziri Ararat Mirzoyan və ABŞ Dövlət Katibi Marko Rubionun görüşü nəticəsində “TRIPP” layihəsinin icra çərçivəsinin təsdiq edilməsini yüksək qiymətləndiriblər.
Rəsmi bəyanatda qeyd olunub:
“Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinə yönəlik ikitərəfli sadiqliyi bir daha təsdiq ediblər”.







