Başlıcaİctimaiyyət
Fransa Bakı hakimiyyəti tərəfindən təqib olunan azərbaycanlı jurnalisti mükafatlandırıb

Fransa Bakı hakimiyyəti tərəfindən təqib olunan azərbaycanlı jurnalisti mükafatlandırıb. Jurnalist cəsarətinə görə təqdim olunan Anna Politkovskaya – Arman Solden mükafatı Lill şəhərində verilib.
Təltifetmə mərasimi Fransanın ən qədim jurnalistika ali məktəbi olan ESJ Lille-də keçirilib.
Mükafatın əsas təşkilatçısı olan Fransanın Xarici İşlər nazirliyi bu il münsiflər heyətində tələbələrin iştirakına xüsusi önəm verib.
“Novaya qazeta”nın məlumatına görə, builki mükafatın laureatı azərbaycanlı araşdırmaçı jurnalist, Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı olub.
O, hazırda Bakıda “valyuta qaçaqmalçılığı” ittihamı ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.







