BaşlıcaSiyasət

Hüquq müdafiəçiləri: “Azərbaycanda 340 siyasi məhbus var”

“Azərbaycan siyasi məhbuslarının azadlığı naminə alyans” ölkədə siyasi məhbus hesab olunan şəxslərin yeni siyahısını dərc edib.

Yerli KİV-lərin yazdığına görə, siyahıya 340 nəfərin adı daxil edilib. Bu rəqəm assosiasiya tərəfindən 2025-ci ilin oktyabrında təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 52 nəfər azdır.

Siyahı insan hüquqları müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” ictimai birliyinin rəhbəri Elşən Həsənov tərəfindən “Avropa Şurası Parlament Assambleyasının müəyyən etdiyi siyasi məhbus anlayışının meyarları əsasında” tərtib olunub.

Yenilənmiş siyasi məhbuslar siyahısı 12 qrupa bölünüb:

jurnalistlər və bloqerlər (31 nəfər),

insan hüquqları müdafiəçiləri (8),

müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri (45),

milli azlıqların fəalları (5),

müharibəyə qarşı mübarizə aparan fəallar (2),

“Söyüdlü işi” üzrə saxlanılanlar (2),

Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər (6),

“İmişli işi” üzrə saxlanılanlar (15),

dindarlar (192),

“Tərtər işi” üzrə məhkum olunanlar (8),

“Gəncə işi” üzrə məhkum olunanlar (13)

və ömürlük azadlıqdan məhrum edilənlər (12).

Son məlumatdan bəri jurnalist Əziz Orucov və insan hüquqları müdafiəçisi Fikrət Cəfərli azadlığa buraxılıb. Dekabrın 12-də isə həbsxanada Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəyi Kərimli vəfat edib.

Bundan əlavə, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə elan olunan əfv sərəncamı əsasında dekabrın 22-dən etibarən cəza müddətinin bitməsinə 6 aydan az qalan və 3 ilədək azadlıqdan məhrum edilmiş şəxslər azad olunublar.

Onların arasında İmişli hadisələri ilə bağlı saxlanılan 4 nəfər və 64 dini fəal var, lakin onlardan 12-si əvvəlki siyahıya daxil edilməmişdi.

Eyni zamanda, bu müddət ərzində müxalif Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiya fəalları Məmməd İbrahim, Vüqar Qədirli və Əlixan Rəcəbli saxlanılıblar.

Həmçinin insan hüquqları müdafiəçiləri Zabil Qəhrəmanov və Namizad Səfərov, ictimai fəal Dəyanət Çələbi və bir neçə dini fəal da həbs edilib.

Daha çox göstər
Back to top button