BaşlıcaSiyasət

Vahagn Aleksanyan erməni-türk sərhədindən rus qoşunlarının çıxarılması barədə: “Bizim də belə arzumuz var”

Hazırda bu istiqamətdə rəsmi məlumat yoxdur. Bu haqda  19 yanvar tarixində Parlamentdə jurnalistlərlə söhbət zamanı “Çəpər” fraksiyasının üzvü Vahagn Aleksanyan bildirib.

O, “Axurik” sərhəd keçidində rus sərhədçilərinin çıxarılması və erməni tərəfinə təhvil verilməsi ilə bağlı yayılan xəbərlərə istinad edib.

“Lazım olduqda, bu qətiyyən həyata keçiriləcək. Amma bilirsiniz ki, biz bütün Ermənistan sərhədi boyunca öz sərhəd nəzarətimizi özümüz həyata keçirmək üçün səy göstəririk.

Təbii ki, bu işdə köməklik göstərən Rusiyanın müvafiq xidmətlərinə minnətdarıq. Hər şəy “Zvartnots” hava limanında sərhəd nəzarətinin özümüzə keçməsi ilə başladı.

İranla sərhəddə də böyük irəliləyiş əldə edildi, indi isə işlər davam edir və biz getdikcə öz imkanlarımızı genişləndiririk”- deyə Aleksanyan qeyd edib.

Erməni-türk sərhədindən rus qoşunlarının çıxarılması ehtimalına gəlincə, Aleksanyan bildirib:

“Dəqiq deyə bilmərəm ki, bu xüsusi hissədə belə bir proses gedir ya yox. Lakin bu barədə mütləq rəsmi açıqlama veriləcək.

Bizim və hər hansı bir dövlətin vizyonu təbii ki, öz sərhəd və gömrük nəzarətini özü yerinə yetirməsidir. Biz də bu baxımdan istisna deyilik və bizim də belə arzularımız var.

 Hazırda bu prosesin nə vəziyyətdə olduğunu deyə bilmərəm, çünki əlimdə bu keçidlə bağlı dəqiq məlumat yoxdur” – deyə Aleksanyan qeyd edib:

Daha çox göstər
Back to top button