BaşlıcaSiyasət

Xandanyan: “Biz Azərbaycana daim “Qərbi Azərbaycan” ritorikasının sülh prosesinə töhfə vermədiyi mesajını ötürürük”

Ermənistan parlamentinin Daimi Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanayan Azərbaycan tərəfindən dövri olaraq gündəmə gətirilən “Qərbi Azərbaycan” adlanan ritorikaya münasibət bildirərək bunun Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üçün faydalı olmadığını vurğuladı.

Xandanayan bu barədə  parlamentdə jurnalistlərlə söhbət zamanı bildirib: “Azərbaycan tərəfindən ‘Qərbi Azərbaycan” ritorikasına dair beynəlxalq platformalarda da açıq şəkildə danışdıq, Hökumət tərəfindən ən yüksək səviyyədə bildirildi ki, bu, sülh prosesi üçün, xüsusən də yeni reallıqlarda, faydalı deyil.

Biz daim Azərbaycana bu mesajı ötürürük ki,  hazıda bu Ermənistanla Azərbaycan arasında baş verən proseslərə töhfə vermir.

Etiraf etməliyəm ki, müəyyən mənada bu yumşalıb. Lakin buna baxmayaraq, biz sülh prosesinə uyğun olaraq sülh ritorikasını da uyğunlaşdırmağa çalışmalıyıq”.

O, qeyd edib ki, sülh prosesdir, bir günlük hadisə deyil. Bu, addım-addım, o cümlədən regionda baş verən reallıqlara və proseslərə uyğun olaraq ritorikanı uyğunlaşdırmaqla, ev tikintisi kimi qurulmalı olan bir prosesdir.

“Azərbaycanlıların qayıdışı məsələsi” adlanan mövzuya müraciət edərək, Xandanayan cavab verib:

“Ermənistan hakimiyyəti bu danışıqları heç bir mərhələdə müzakirə etməyəcək. Xüsusən də Azərbaycanın uzun müddət danışdığı kimi belə vurğularla. Bu, ümumiyyətlə, sülh atmosferinə töhfə vermir”.

Daha çox göstər
Back to top button