
Ermənistan və Azərbaycan enerji sistemlərini birləşdirərkən texniki çətinliklər yaranmamalıdır.Bu haqda “Сам себе энергетик” Telegram kanalının müəllifi Aleksey Moskalyov bildirib.
“Onlar SSRİ-nin ümumi enerji sistemi çərçivəsində formalaşıb” – deyə Moskalyov jurnalistə müsahibəsində
Onun sözlərinə görə, sovet dövründə Ermənistan və Azərbaycan, o cümlədən Razdan İES və Ağstafa yarımstansiyası arasında yerləşən güclü 330 kV-lik xətlə birbaşa birləşdirilmişdi.
“O bərpa edildikdə, birbaşa, güclü əlaqə yaranacaq” – deyərək o, qeyd edib.







