Başlıcaİctimaiyyət

Vaqif Xaçatryanın səhhəti stabildir

Vaqif Xaçatryanın səhhəti stabildir. Nork-Maraş Tibb Mərkəzində Azərbaycandan geri qaytarılmış əsirlərdən biri olan Vaqif Xaçatryan əməliyyat olunub.

Alınan məlumata görə, bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan öz “Facebook” səhifəsində yazıb.

“Əməliyyat uğurla, heç bir fəsad olmadan həyata keçirilib. O, reanimasiya (intensiv terapiya) şöbəsinə köçürülüb.

Vəziyyəti keçirilmiş əməliyyatın həcminə uyğun olaraq stabil qiymətləndirilir” – deyə nazir yazıb və ona tezliklə sağalma arzulayıb։

Daha öncə Azərbaycan Ermənistana dörd erməni əsirini, o cümlədən Vaqif Xaçatryanı qaytarmışdı. Vaqif Xaçatryan Azərbaycan tərəfindən saxta ittihamlarla 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Daha çox göstər
Back to top button