
ER Baş Naziri Nikol Paşinyan Facebook səhifəsində video yayımlayıb və ona qoşulan yazıda yazıb: “Tələsib sevincimi Sizlə bölüşmək istəyirəm”.
“Biraz əvvəl Daxili İşlər nazirliyinin illik hesabatının müzakirəsini bitirdik və bir rəqəm var ki, onunla məmnuniyyətlə bölüşmək istəyirəm: 2025-ci ildə 8660 ER vətəndaşı ölkəmizin ərazisinə daxil olub, Ermənistan Respublikasından çıxandan daha çox.
Bu cür statistika ER vətəndaşlarının çıxışı və daxil olması fərqi, bizim ölkədə 2010-cu ildən aparılır və ilk dəfədir ki, müsbət fərqə sahibik, yəni ilk dəfədir ki, ER vətəndaşları daha çox daxil olublar, ER-dən çıxandan daha çox” – deyə Baş nazir bildirib.
Şərhlərdə o, əlavə edib: “Yeri gəlmişkən, sevinclə unutdum qeyd edim ki, əslində covid pandemiyası zamanı da kifayət qədər böyük müsbət balans olub, amma aydındır ki, bu nəqliyyat yollarının bağlı olması ilə əlaqədar olub, yəi qlobal lokdaunla”.







