BaşlıcaBeynəlxalq

Donald Tramp:“Fevral ayında ABŞ-ın vitse-prezidenti Vens Ermənistan və Azərbaycana səfər edəcək”

ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkəsində ötən ilin avqustunda imzalanmış Sülh Sazişinin müddəalarının icrasının təmin edilməsinə görə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Ötən ilin avqustunda imzalanmış Sülh Sazişinin qorunub saxlanılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm.

 Bu dəhşətli bir müharibə idi – mənim bitirdiyim səkkiz müharibədən biri – lakin bu gün bizdə sülh və rifah varş. Fevral ayında ABŞ-ın vitse-prezidenti Vens sülhyaratma səylərimizi davam etdirmək və Beynəlxalq Sülh və rifah üzrə Tramp təşəbbüsünü irəli aparmaq məqsədilə hər iki ölkəyə səfər edəcəkdir.

Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik, Ermənistanla dinc nüvə əməkdaşlığı haqqında saziş imzalayacağıq, aparıcı yarımkeçirici istehsalçılarımız üçün müqavilələr bağlayacağıq, həmçinin ABŞ-da istehsal olunan müdafiə təyinatlı vasitələri – o cümlədən zirehli qoruyucu vasitələr, qayıqlar və digər avadanlıqları – Azərbaycana satacağıq”.

Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Tramp-Paşinyan-Əliyev görüşü zamanı üçtərəfli bəyannamə imzalandı və daha sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri sülh müqaviləsini imzaladılar. Daha sonra Ermənistan Xarici İşlər nazirliyi müqavilənin paraflanmış mətnini dərc etdi.


Daha çox göstər
Back to top button