BaşlıcaBeynəlxalq

“Almaniyada Ermənistan və Azərbaycanın səfirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”

Almaniyada Ermənistan Respublikasının səfiri Viktor Yengibaryan və Azərbaycan Respublikasının səfiri Nəsimi Ağayev, 27 yanvar tarixində Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Armin Laşetin dəvəti ilə “Cənubi Qafqazda dönüş dövrü:

Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın yeni Şərq əlaqəsi” mövzusunda keçirilən müzakirədə iştirak ediblər.

 Bununla bağlı məlumat Ermənistan səfirliyi tərəfindən “NEWS.am” agentliyinə verilib.

Ermənistan səfiri Viktor Yengibaryan çıxışında Almaniya hökumətinə və xüsusilə də əvvələr Bundestaqın “Almaniya-Cənubi Qafqaz” dostluq qrupunun sədri olan Xarici İşlər federal naziri Yohan Vadevula keçmiş dövr ərzində göstərdikləri konstruktiv iş və dəstək üçün təşəkkürünü bildirib.

Tədbirdə onlarla mütəxəssis, deputat və media nümayəndəsi iştirak edib. Tədbir Münhen Maksimilian Universiteti və Axen Universitetinin “Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu” tərəfindən təşkil edilib.

Daha çox göstər
Back to top button