
Ermənistan Milli Parlamentininvitse-spikeri və Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) erməni nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan (26 yanvarda AŞ PA vitse-prezidenti seçilib) Strasburqda “Assambleyanın Monitorinq Prosedurunun İrəliləyişi” adlı qətnamənin qəbul edildiyini bildirib.
“Armenpress” agentliyinin məlumatına əsasən, Rubinyan Facebook səhifəsində yazıb:
“Az əvvəl Strasburqda AŞ PA tərəfindən “Assambleyanın Monitorinq Prosedurunun İrəliləyişi’ adlı qətnamə qəbul edildi. Qətnamənin Ermənistana aid hissəsində, digər məsələlərlə yanaşı, “hakimiyyəti ələ keçirmək planları ilə bağlı kilsə rəhbərlərinin əlaqəsi barədə məlumatlar ciddi narahatlıq doğurur”.
Azərbaycana aid hissədə isə orada saxlanılan bütün ermənilərin azad edilməsi tələb olunur”.







