BeynəlxalqSiyasət

Dünyanın ən güclü ordusu ABŞ-dır։ Ermənistan 101-ci yerdədir

Rusiya dünyanın ən güclü orduları arasında ikinci, Ukrayna isə 20-ci yerdədir. Global Firepower analitik portalı bu reytinqi hər il 145 ölkənin müdafiə gücü indeksini müəyyən edən 60 göstərici əsasında tərtib edir.

DW-nin Rusiya xidməti yazır ki, bu meyarlara təkcə qoşunların sayı deyil, həm də ölkənin iqtisadiyyatı, coğrafi yeri və demoqrafik potensialı daxildir. ABŞ birinci yerdə, ondan sonra Rusiya gəlir.

Ekspertlər Rusiya ordusunun zəif cəhətləri arasında yüksək yanacaq, qaz və kömür istehlakını, helikopter daşıya bilən gəmilərin olmamasını və uzun ortaq sərhədi qeyd ediblər. Çin, Hindistan və Cənubi Koreya da ilk beşliyə daxil olub.

Ukrayna ordusu 20-ci yerdədir. Onun güclü tərəflərinə ordunun və ehtiyatların ölçüsü, hərbi texnikanın sayı və müdafiə xərclərinin həcmi daxildir. Analitiklər sualtı qayıqların və böyük hərbi gəmilərin olmamasını, eləcə də kömür, neft və qazın yüksək istehlakını zəif cəhətlər kimi göstəriblər.

Almaniya ordusu 12-ci yerdədir. Onun zəif cəhətlərinə həmçinin yüksək qazıntı yanacaq istehlakı, xarici borcun həcmi və hərbi gəmilərin olmaması daxildir. Türkiyə Global Firepower reytinqində 22016 balla 9-cu, İran 16-cı, Azərbaycan 60-cı, Gürcüstan 95-ci və Ermənistan 101-ci yerdədir.

Daha çox göstər
Back to top button