BaşlıcaBeynəlxalq

Sülh Şurası Ermənistanı təsisçi üzv kimi salamlayıb

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurası Ermənistanı təsisçi üzv kimi salamlayıb.

Bu barədə təşkilatın X mikrobloqunda paylaşılan məlumatda deyilir.

“Sülh Şurası inkişaf etməkdə olan beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi Ermənistanı salamlayır” – deyə açıqlamada bildirilir.

Oxşar paylaşımlar digər iştirakçı dövlətlərlə, o cümlədən Azərbaycanla bağlı da edilib.

Xatırladaq ki, yanvarın 22-də Davosda Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimi keçirilib, tədbirdə Ermənistanın Respublikasının Baş naziri Nikol Paşinyan da iştirak edib.

Daha çox göstər
Back to top button