
Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimləyicisi mövqeyini itirib. Bu barədə Finlandiyanın hərbi kəşfiyyatının 2026-cı il üçün hazırladığı icmalda qeyd olunur.
“Rusiya hələ də Cənubi Qafqazda mühüm oyunçu olaraq qalır, lakin onun təsiri azalıb. Moskva Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimləyicisi rolunu itirib və hər iki ölkənin Rusiya ilə münasibətləri zəifləyib” – deyə icmalda qeyd olunur.
Eyni zamanda, Finlandiyanın hərbi kəşfiyyatına görə, Gürcüstan siyasi baxımdan Rusiyaya daha da yaxınlaşıb.
“Rusiyanın əsas məqsədi – qlobal təsirini artırmaq – dəyişməz qalır. Onun rejimi Qərbi təhdid kimi qəbul edir və Ukraynadakı müharibədən, digər münaqişələrdən və düşmən xarakterli hibrid təsir vasitələrindən istifadə edərək onu zəiflətməyə çalışır.
Rusiyanın diqqəti keçmiş Sovet İttifaqı ərazisinə və xüsusilə də digər məqsədlərinə nail olmaq bahasına apardığı Ukrayna müharibəsinə yönəlib” – deyərək qurumun icmalında vurğulanır.







