BaşlıcaSiyasət

Alen Simonyan RF-da həm də Lavrovla görüşəcək

“Bu səfər mənim həmkarım Matviyenko xanımın dəvəti ilədir. Onunla və həmçinin RF Xarici işlər naziri ilə görüş nəzərdə tutulur”.

Bu haqda  Factor TV ilə müsahibədə Ermənistan Parlamentinin sədri Alen Simonyan, fevralın 5-6-da Rusiyaya olan rəsmi səfərinə istinadən bildirib.

“Hələlik bu qədərini açıqlayım, yaxşı? Ola bilər ki, başqa görüşlər də olacaq. Telefon danışığı zamanı biz hələ imzalanmamış, təsdiq edilməmiş sənədləri müzakirə etdik.

 Matviyenko xanım burada olanda, yadınızdadırsa, forum keçirildi, Rusiyanın regionları və Ermənistanın vilayətləri arasında bir sıra sazişlər imzalandı.

 Onların təsdiq edilməsi məsələsi var. Bu məsələləri müzakirə edəcəyik, erməni-rus münasibətləri məsələsini müzakirə edəcəyik.

Həmçinin, Rusiyada Ermənistan mədəniyyət günlərinin keçirilməsinə hazırlıq gedir və bu günlərin tarixlərini müzakirə edəcəyik” –  deyə  Parlamentin sədri məlumat verib.

Factor TV-nin “Ola bilərmi ki, rus rəsmi şəxsləri ilə görüşdə cənab Simonyan həm də Rusiyanın Ermənistana qarşı hibrid hücumları məsələsini qaldırsın, hansı ki, bu barədə əvvəllər o özü də bəhs etmişdir?” sualına Simonyan belə cavab verib:

 “Məncə, heç kimsə şübhə etmir ki, mənim üçün, bizim komandamız üçün elə bir məsələ yoxdur ki, biz onu müzakirə etməyək, əgər bu barədə danışırıqsa.

Matviyenko xanım burada olanda, təbii ki, mən demişdim. Səfirlə görüşdə də öz narahatlıqlarımızı demişdim. Səfir XİN-ə dəvət edilmişdi və bununla əlaqədar ona hər şey deyilmişdi.

 Əgər buna fürsət olarsa, əgər buna ehtiyac olarsa, məncə, təkrar deyirəm, heç kimsə şübhə etmir, çünki biz bunu yüksək səslə deyirik, indi sizin efirdə deyirəm ya da Parlamentin tribunasından deyirəm”.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button