BaşlıcaSiyasət

Azərbaycan hakimiyyəti Naxicevan konstitusiyasından Moskva və Qars müqavilələrinin adlarını çıxarıb

Azərbaycan mediasının məlumatına görə, Azərbaycan hakimiyyəti Naxicevan konstitusiyasından Moskva və Qars müqavilələrinin adlarını çıxarıb.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir, Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci səsvermədə müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur.

Təklif edilən yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir. Müzakirələrdən sonra qanun layihəsi ikinci səsvermədə qəbul edilib”, – deyə APA agentliyi məlumat yayıb.

Xatırladaq ki, yuxarıda qeyd olunan bəyannaməyə əsasən, Azərbaycan Ermənistanın demək olar ki, bütün ərazisinə iddia edir.

Daha çox göstər
Back to top button