
Ermənistanın Baş naziri Nikol Paşinyan Avstriyanın GRAWE şirkətinin baş direktoru və idarə heyətinin sədri Klaus Ştayteqeli, eləcə də C–Quadrat investisiya qrupunun icraçı direktoru və nəzarət şurasının sədri Andreas Vimmerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan Respublikası Baş naziri aparatının yaydığı məlumata istinadən verdiyi xəbərə görə, görüşdə GRAWE şirkətinin Ermənistan sığorta bazarına daxil olmaq imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Baş nazir sığorta sahəsində beynəlxalq nüfuza malik şirkətlərin cəlb edilməsinin və sahənin ardıcıl inkişafının vacibliyini vurğulayıb.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti konstruktiv əməkdaşlığa və növbəti addımların müzakirəsinə hazırdır։ Eyni zamanda, Baş nazir ölkəmizdə C–Quadrat investisiya qrupunun səmərəli fəaliyyət göstərdiyini xüsusi vurğulayıb.
Klaus Ştayteqel GRAWE şirkətinin müxtəlif ölkələrdəki fəaliyyəti barədə məlumat verib və Ermənistan sığorta bazarına daxil olmaqda maraqlı olduqlarını bildirib.
O, əlavə edib ki, Ermənistanın Mərkəzi Bankı ilə səmərəli şəkildə əməkdaşlıq edirlər və investisiya proqramlarının həyata keçirilməsi məqsədilə müzakirələri davam etdirməyə hazırdırlar։ Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.







