
Baş nazir Nikol Paşinyan Ermənistan Respublikasında rəsmi səfərdə olan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, general Anil Çauhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib։
Ermənistan Respublikasının Baş naziri aparatından bildirildiyinə görə, Nikol Paşinyan Anil Çauhanın Ermənistana səfərini alqışlayıb və əminliyini ifadə edib ki, bu səfər Ermənistan və Hindistan arasında münasibətlərin ardıcıl inkişafına yeni təkan verəcək։
Nikol Paşinyan iki ölkə arasında çoxəsrlik tarixi isti münasibətlərin mövcudluğunu vurğulayıb və qeyd edib ki, bu gün də müxtəlif istiqamətlər üzrə fəal dialoq mövcuddur։
Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi səmimi qəbula görə təşəkkür edib və əlavə edib ki, Ermənistan tərəfdaşları ilə gələcək əməkdaşlığın təşviqi məqsədilə səmərəli müzakirələr aparıblar։
Həmsöhbətlər müdafiə və təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair məsələlərə toxunublar։







