BaşlıcaEkonomika

Ermənistan  öz elektrik enerji sistemini   4 qonşu ölkələrlə sinxronlaşdırmaq  fikrindədir

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bildirib ki, Ermənistan elektrik enerji sistemini dörd qonşu ölkə – Gürcüstan, İran, Türkiyə və Azərbaycanla sinxronlaşdırmağı planlaşdırır.

Onun sözlərinə görə, bu addım yalnız idxal–ixrac baxımından deyil, həm də enerji sisteminin dayanıqlığını artırmaq üçün vacibdir.

Nazir qeyd edib ki, texniki baxımdan bu sinxronlaşdırma mümkündür və ciddi maneələr yoxdur. Türkiyə ilə bağlı səfər zamanı da prosesin texniki cəhətdən mümkün olduğu təsdiqlənib, lakin hələlik konkret müddətlər müəyyən edilməyib.

İranla enerji əməkdaşlığı yüksək qiymətləndirilir. Ermənistan elektrik enerjisi ixrac edir, əvəzində isə təbii qaz alır.

Hazırda Ermənistan–İran arasında 400 kV-luq elektrik xəttinin tikintisi təxminən 85% tamamlanıb.

Gürcüstanla elektrik xətti layihəsi üzrə də irəliləyiş var və 2026-cı ildə tikinti işlərinə başlanması gözlənilir.

Daha çox göstər
Back to top button