Başlıcaİctimaiyyət

Katolikos I Aram ABŞ-ın vitse-prezidentinə Bakıda saxlanılan ermənilərin azad edilməsi ilə bağlı müraciət edib

Böyük Kilikiya Evinin katolikosu I Aram ABŞ-ın vitse-prezidenti J.D. Vensə xüsusi məktub ünvanlayaraq Qarabağın hərbi-siyasi rəhbərliyinin və Bakıda həbsdə olan erməni hərbi əsirlərinin azad edilməsi məsələsinə diqqət çəkib.

“Armenpress”-in məlumatına görə, bu barədə Böyük Kilikiya Evinin Katolikosluğunun rəsmi Facebook səhifəsində mesaj yerləşdirilib.

Qeyd olunur ki, I Aram Katolikos ABŞ vitse-prezidentinin diqqətini Dağlıq Qarabağdakı mənəvi və mədəni abidələrin təhlükəsiz qorunması ilə bağlı təcili məsələlərə cəlb edib və onun şəxsi müdaxiləsini istəyib.

Məktubda Zati-aliləri həmçinin xatırladıb ki, beynəlxalq hüquq həm hərbi əsirlərin azad edilməsinin, həm də mənəvi və mədəni irsin qorunmasının vacibliyini açıq şəkildə vurğulayır. Məlumata görə, Böyük Kilikiya Evinin katolikosunun məktubu artıq ABŞ vitse-prezidentinə çatıb.

Daha çox göstər
Back to top button