
Ermənistanda siyasi məhbus yoxdur və bu qiymətləndirmə Avropa Şurası Parlament Assambleyasının müvafiq komitəsinin hesabatında da səslənib.
Bu haqda ER Ədliyyə naziri Srbuhi Galyan bəyan edib.
“Təkrar deyirəm, bizim ölkəmizdə siyasi məhbus yoxdur. Son zamanlarda Avropa strukturları tərəfindən dərc edilən hesabatlarda siyasi məhbuslara istinad yoxdur və bu özlüyündə çox şey deyir”– deyə nazir qeyd edib.
Srbuhi Galyana görə, siyasi baxışlar və ya fəaliyyət şəxsi mümkün cinayətə görə məsuliyyətdən azad edə bilməz.
“Siyasi baxışların və ya statusun arxasına gizlənib cinayət törədib, sonra da siyasi təqibdən danışmaq olmaz. Siyasətlə məşğul olmaq o demək deyil ki, sizin hərəkətlərinizə mütləq siyasi məna verilməlidir” – deyərək o, vurğulayıb.
Nazir qeyd edib ki, cari cinayət işləri üzrə istintama davam olunur və yekun qiyməti yalnız məhkəmə verə bilər.
“Məhkəmə qərarı olmayana qədər hər hansı şəxsi və ya siyasi nəticə qəti əhəmiyyət daşımır. İstintam, prokurorluq və məhkəmə orqanları öz işlərini görürlər və siyasi vəzifə tutan şəxslər bu orqanların fəaliyyətinə görə məsuliyyət daşıya bilməzlər” – deyə Ermənistanın Ədliyyə naziri Srbuhi Galyan qeyd edib.







