BaşlıcaSiyasət

Heç kim TRIPP-i dayandıra bilməz: Nazir

Hazırda, Vorotan hidrokaskadının 120 milyon dollarlıq kredit investisiyasını (hazırda davam edir), təxminən 200 milyon dollarlıq TRIPP, 500 milyon və daha çox dollarlıq NVIDIA və nüvə enerjisini də əlavə etsək, bir milyard dollarlıq investisiya proqramları var ki, bunlar çox realdır və bəziləri hətta davam edir.

Bunu iqtisadiyyat naziri Gevorq Papoyann bildirib.

ABŞ-ın Ermənistanın cənubundakı uran mədənləri ilə maraqlandığı müşahidəsinə gəlincə, nazir dedi:

“Bu, Ermənistan tarixində görünməmiş bir hadisədir. Yeni investisiya layihələri mümkündürmü? Əlbəttə ki, arzuolunan layihələr çoxdur və biz onları görmək istərdik. Amma ABŞ-ın vitse-prezidenti gələcək, danışıqlar aparılacaq”.

Trampın dünən İranla ticarət edən bütün ölkələrə tarif tətbiq edə biləcək bir fərman imzalaması ilə bağlı Papoyan bildirib ki, bu məsələ Vensin Yerevana səfəri zamanı mütləq müzakirə olunacaq.

“Keçən il ABŞ-a təxminən 50 milyon dollarlıq ixracatımız olub və tarif 10-dan 25-ə qaldırılarsa, bu məhsullar rəqabət qabiliyyətini itirəcək.

Bütün məsələlər Venslə müzakirə olunacaq. Sizi əmin edirəm ki, gündəmdə daha vacib və daha maraqlı məsələlər var. Bu da vacibdir, amma daha vacib məsələlər də var”.

Ermənistanda Amerika tipli modul nüvə elektrik stansiyasının tikiləcəyi ilə bağlı şayiələrə gəldikdə isə, Papoyan bildirib ki, hazırda ABŞ da daxil olmaqla müxtəlif ölkələrlə müzakirələr aparılır: “Ermənistan öz dövlət maraqlarına ən uyğun variantı seçəcək”.

Erməni əsirləri mövzusunun Vens ilə müzakirə olunub-olunmayacağı ilə bağlı suala nazir belə cavab verdi: “Düşünürəm ki, erməni-amerikan gündəliyində ola biləcək bütün məsələlər müzakirə olunacaq”.

TRIPP layihəsinə toxunan Papoyan dedi ki, TRIPP artıq başlayıb, artıq heç kim TRIPP-ə mane ola bilməz.

Onun szlərinə görə, TRIPP-in iki tərəfi var: ABŞ və Ermənistan. O, həmçinin Vensin səfəri çərçivəsində İran əleyhinə heç bir məsələnin olmadığını bildirdi.

Daha çox göstər
Back to top button