BaşlıcaSiyasət

ABŞ vitse-prezidenti Cey Di Vens dünyada Ermənistana qarşı böyük investisiya marağı olduğunu bildirib

ABŞ vitse-prezidenti Cey Di Vens dünyada Ermənistana qarşı böyük investisiya marağı olduğunu bildirib. Aldığımız məlumata görə, Vens bunu Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi təkbətək görüşdən sonra TRIPP layihəsi ilə bağlı jurnalistin sualına cavab olaraq açıqlayıb.

“Bu gün biz çox danışdıq ki, işləri necə sürətləndirə bilərik. Cənab Baş nazir də mümkün qədər tez hərəkət etməkdə maraqlıdır, çünki iqtisadi rifah həm sülh, həm də inkişaf üçün yaxşıdır.

Əlbəttə, Birləşmiş Ştatlar konstruktiv və müsbət rol oynayacaq, amma məncə, məsələ pul deyil. Dünyada böyük maraq var, insanlar əminlər ki, Ermənistana investisiya qoyaraq kifayət qədər qazanc əldə edə bilərlər.

Burada əsas sual budur ki, sülhün möhkəmləndirilməsini növbəti mərhələyə necə aparacağıq”– deyə Vens bildirib.

Cey Di Vens qeyd edib ki, Baş nazir Nikol Paşinyan uzunmüddətli əməkdaşlıq qurmaq qabiliyyətinə malik insandır.

“Təbii ki, bu bir gecədə baş verməyəcək, amma  8 avqustdan bu günə qədər artıq böyük irəliləyiş əldə etmişik” – deyə ABŞ vitse-prezidenti vurğulayıb.

ABŞ vitse-prezidenti Cey Di Vens rəsmi səfər çərçivəsində 9 fevralda Ermənistana gəlib. Vitse-prezident özü ilə həyat yoldaşını və uşaqlarını da gətirib. Səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens arasında təkbətək  görüş keçirilib.

Daha çox göstər
Back to top button