BaşlıcaSiyasət

Cey Di Vens:  “Ermənistanı ziyarət edən ABŞ-nin ilk vitse-prezidenti olaraq fəxr edirəm”

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens, Ermənistana səfərini tarixi bir hadisə olaraq qiymətləndirdi. Alınan məlumata görə, Vens bu  haqda  Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu gün burada baş verənlər tarixi əhəmiyyət daşıyır. Mən həqiqətən də fəxr edirəm ki, Birləşmiş Ştatların ilk vitse-prezidenti kimi bu ölkəyə səfər edirəm. Sabahkı  günümü  bu ölkədə keçirəcəyim vaxtı  gözləyirəm”– deyə Vens bildirib.

ABŞ vitse-prezidenti, əməkdaşlığa görə Ermənistanın baş nazirinə təşəkkür edərək, özünün və ABŞ prezidenti Donald Trampın bu əməkdaşlığı daha da möhkəmləndirməyə sadiq olduqlarını vurğulayıb.

ABŞ vitse-prezidenti Cey Di Vens, 9 fevral tarixində rəsmi səfərlə Ermənistana gəlib. ABŞ vitse-prezidenti öz həyat yoldaşı və uşaqları ilə birlikdə səfər edib. Səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens arasında təkbətək görüş keçirilib.

Daha çox göstər
Back to top button