
ABŞ-nin vitse-prezidenti J.D. Vensin Ermənistana səfəri iki ölkə arasındakı tərəfdaşlıq baxımından dönüş nöqtəsidir.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi bəyanat yayıb.
“ABŞ-nin vitse-prezidenti J.D. Vensi, ikinci xanım Uşa Vensi və onların ailəsini bu tarixi səfərdə Ermənistana salamlamaqdan şərəf duyuruq.
Bu, həqiqətən də ölkələrimiz arasındakı tərəfdaşlıq baxımından dönüş nöqtəsidir. Vitse-prezident Vens 8 avqustda Vaşinqtonda keçirilən Sülh Sammitindən bəri əldə edilən əsas nailiyyətləri vurğulamaq, TRIPP-nin tətbiqini irəli aparmaq və Ermənistan-Amerika strateji tərəfdaşlığında yeni bir mərhələni müəyyən etmək üçün Baş nazir Nikol Paşinyan və yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşür”, – bəyanatda deyilir.







