
Ermənistanın ABŞ-dan əldə etdiyi “V-BAT” tipli pilotsuz uçuş aparatının imkanları Ermənistanın baş nazirinə və ABŞ-ın vitse-prezidentinə təqdim edilib։
Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens ilə birgə mətbuat konfransı zamanı bildirdiyinə görə, bu satınalma erməni-amerikan hərbi və müdafiə tərəfdaşlığı sahəsində əhəmiyyətli irəliləyişdir։
“Ermənistan ABŞ-dan ‘V-BAT’ tipli pilotsuz uçuş aparatları əldə edib. Onların effektivliyi zəngin tətbiq təcrübəsi ilə sübut olunub və onlar müdafiə qabiliyyətlərimizin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək” – deyə Paşinyan bildirib։








