
ABŞ vitse-prezidenti Cey Di Vensin səfəri çərçivəsində 10 fevralda Yerevanda Ermənistan-ABŞ Texnologiyalar və İnnovasiyalar Zirvəsi keçirilib.
Toplantıda Ermənistanın Yüksək Texnologiyalar Sənayesi nazirliyi, Ermənistanın yüksək vəzifəli şəxsləri, ABŞ vitse-prezidentinin nümayəndə heyəti və hər iki ölkənin texnoloji şirkətlərinin nümayəndələri iştirak ediblər.
Bu barədə və YTİ nazirliyinin bəyanatına istinad edib.
YTİ naziri Mxitar Hayrapetyan qeyd edib ki, 2025-ci il yanvarında yaradılan Ermənistan-ABŞ Strategiya Partnyorluğu yüksək səviyyəli əməkdaşlıq üçün möhkəm siyasi baza yaradıb.
“Bu günkü zirvə bu işin məntiqi davamıdır. Ermənistan texnologiyalar və innovasiyalar sahəsində öz gündəliyini irəli aparmaq üçün məqsədyönlü və qəti addımlar atır.
Eyni zamanda, biz aydın şəkildə başa düşürük ki, bu sahələrdə davamlı irəliləyiş təcrid olunmuş şəraitdə mümkün deyil. Buna görə də ABŞ hökuməti, həmçinin aparıcı özəl şirkətlər və qurumlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verilir”.
Ermənistanın Xarici İşlər nazirinin müavini Vahan Kostanyan qeyd edib ki, yüksək texnologiyalar sahəsi Ermənistan-ABŞ partnyorluğunun əsas sütunlarından biridir:
“Biz müxtəlif istiqamətlərdə işləyirik. Avqustda imzalanan anlaşma memorandumu münasibətlərimizdə mühüm mərhələ idi, lakin daha vacibi odur ki, artıq həyata keçirilən çoxsaylı vacib layihələrlə və qarşımızda duran daha çox işlərlə bu sənədi konkret hərəkətə çevirə bilək”.







