BaşlıcaSiyasət

Paşinyan: “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bütün məsələlər həll olunmayıb”

Ermənistan və Azərbaycan rəhbərlərinin “Zayed” İnsan Qardaşlığı Mükafatını qəbul etməsi o deməkdir ki, hər iki tərəf bir daha ən yüksək səviyyədə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunduğunu təsdiqləyir.

Bu barədə fevralın 11-də keçirilən hökumət saatı zamanı Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bildirib։

Onun fikrincə, bu, Ermənistan ətrafında müsbət mühit yaradır։

“Bu, o demək deyil ki, münaqişə ilə bağlı bütün məsələlər həll olunub. Lakin münaqişə başa çatıb ki, bu da münaqişə ilə bağlı problemlərin həlli üçün ilkin şərtlər yaradır.

 Həmin ilkin şərtlərdən düzgün istifadə etmək lazımdır” – deyə Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button