
Ermənistan Respublikası Parlamentinin “KP” (“Mülki müqavilə”) fraksiyasının deputatı, Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə daimi komissiyasının üzvü Armen Xaçatryan Factor TV-ə verdiyi müsahibədə Ermənistan Silahlı Qüvvələrində həyata keçirilən islahatlara, hərbi sənayenin inkişafına və region infrastruktur layihələrinə toxundu.
Hökumətin silahsızlaşma siyasəti apardığı və ölkəni qorunmas qoyduğu iddialarına cavab olaraq Armen Xaçatryan bunları “boş danışıqlar” və dezinformasiya kimi qiymətləndirdi.
“Bu hibrid müharibənin bir hissəsidir, dezinformasiyadır, bu təkcə Ermənistan Respublikasının hakimiyyətinə qrşı deyil, əslində Ermənistan Respublikasına yönəldilmişdir” –deyə deputat qeyd edib.
Qüvvə Bərpası
O Müdafiə naziri Suren Papikyanın son icmalına istinad etdi, harada ki 2021-2026 illərində həyata keçirilən və davam edən islahatlar təfsilatlı şəkildə təqdim edilib.
Xaçatryanın fikrincə, məcburi hərbi xidmət müddətinin iki ildən bir yarım ilə qısaldılması ordunun zəifləməsi deyil, islahatların effektivliyinin göstəricisidir.
“Hədəfimız kiçik, kütləvi olmayan, peşəkar və yüksək döyüş qabiliyyətli ordusu olmaqdır” – deyərək o, vurğuladı
Deputat müqaviləli hərbi xidmətə keçmək imkanı vacib hesab edir, bundan artıq 4000 müddətli əsgər istifadə edib və beş illik müqavilə bağlamışdır.
Xaçatryan vurğuladı ki, müasir əsgər təkcə döyüşçü deyil, “fikirləşən, müasir texnologiyaları idarə edən şəxs” olmalıdır.
Onun fikrincə, Ermənistan insan resursları ilə rəqabət apara bilməz, lakin “bilik əsaslı qüvvə, fikirləşən əsgər, texnoloji idarəetmə edən əsgər” sayəsində rəqabət qabiliyyətli ola bilər.
Deputatın qeydində, Ermənistan sərhədləri boyunca – Meğridən Tavuşa qədər “proqram” çərçivəsində mühəndislik müstəhkamlıqları tikilib. “Bizim hərbiçimiz demək olar 100 faizi və ya 99 faizi qorunmuş vəziyyətdədir”, – bəyan etdi o, xalqın “bunker” adlandırdığı bu tikililərin idmanla məşğul olmaq, müasir yaşayış şərtləri imkanları ilə təchiz olunduğunu qeyd etdi.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın bütün sərhədi boyunca, Meğridən Tavuşa qədər mühəndis istehkamlarının qurulması üzrə “misli görünməmiş proqram” həyata keçirilir.
Orada “hərbiçilərimiz demək olar ki, 100 faiz və ya 99 faiz qorunmuş əziyyətdədir”-deyə bildirib və qeyd edib ki, xalqın “bunker” adlandırdığı bu tikililər hətta idman və müasir yaşayış şəraiti üçün imkanlarla təchiz olunub.
Xaçatryan hərbi sənayeni “həyati zərurət” və “suverenliyin və təhlükəsizliyin təmin edilməsinin vacib komponenti” hesab edir.
O, bildirib ki, Ermənistanda artıq silahların seriyalı istehsalına başlanılıb.
“Bizdə seriyalı istehsal olunan silah var və bu, üçüncü-dördüncü nəsil artilleriya qurğusu olsa da, erməni mühəndislərimiz tərəfindən dünyanın ən yaxşısı olan şəkildə uyğunlaşdırılıb və modernləşdirilib”- deyə o, qeyd edib.
Hökumət yerli istehsalçılarla yarım milyard dollarlıq üçillik müqavilə bağlamışdır və əlavə 152 milyard dramlı yeni sifarişlər planlaşdırılır.
“Tramp yolu” layihəsi çərçivəsində yolların tikintisi ətrafında təhlükəsizlik narahatlıqlarına toxunaraq, deputat bunların əsassız olduğunu təsdiqlədi.
Onun sözlərinə görə, Syuniklər “ürək titrəməsi ilə gözləyirlər ki, bu yol işə düşsün”, çünki bu rayon “beynəlxalq tranzit mərkəzinə” çevirəcək və iqtisadi inkişaf gətirəcək. İranla əlaqələrin kəsilməsi qorxularını müxalifətin narrativi hesab edərək, İran yüksək vəzifəli şəxslərinin narahatlıqları yoxdunu bildirdiyini qeyd etdi.
Şimal-Cənub avtomagistralının tikintisi haqqında danışaraq, o Meğriyə çatma müddətinin ən azı bir yarım saat qısalacağını bildirdi.
“Bu Ermənistanda heç vaxt olmayan müasir standartlara uyğun ana yol olacaq” – deyə Armen Xaçatryan yekunlaşdırdı.







