BaşlıcaEkonomika

Overçuk:  “Moskva və Yerevan Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacaq”

Moskva və Yerevan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə birləşdiriləcək iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacaq.

 Bu haqda  Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Erməni tərəfinin müraciətinə əsasən və Ermənistan xalqına qarşı dostluq, qardaşlıq hislərindən çıxış edərək, Rusiya Federasiyası Ermənistan dəmir yollarının Azərbaycan Respublikasının dəmir yolları ilə Yerasx rayonunda, eləcə də Türkiyə Respublikasının dəmir yolları ilə Axuryan yaşayış məntəqəsi rayonunda birləşməsini təmin edəcək iki hissəsinin bərpası ilə bağlı müfəssəl danışıqlara başlamaq qərarına gəlib” – deyə Overçuk qeyd edib.

Rusiya Baş nazirinin müavininin sözlərinə görə, bərpa ediləcək dəmir yolu hissələrinin ümumi uzunluğu təqribən 1,6 km və 12,4 km təşkil edir.

Gözlənildiyi kimi, danışıqlar zamanı qeyd olunan layihənin həyata keçirilməsinin texniki, maliyyə və digər yolları müəyyən ediləcək.

“Qafqazda nəqliyyat, logistika əlaqələrinin möhkəmləndirilməsi Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə və Rusiya xalqlarının sülhü, sabitliyi və iqtisadi rifahı üçün son dərəcə vacibdir.

 Bu mühüm ümumi vəzifənin həllində regionun bütün dövlətlərinin konstruktiv qarşılıqlı fəaliyyətini gözləyirik” – deyərək rəsmi yekunlaşdırıb.

Daha çox göstər
Back to top button