
Fransada Ermənistan Respublikasının səfirliyindən bildirirlər ki, səfir Arman Xaçatryan Fransa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Bruno Fuks ilə görüşüb.
Qeyd olunur ki, görüşdə erməni-fransız möhkəm dostluğuna əsaslanan, Ermənistan və Fransa arasında strateji xarakter daşıyan çoxsahəli əməkdaşlığın genişləndirilməsinə toxunulub.
Bu işdə parlament diplomatiyasının rolu və Ermənistan və Fransa parlamentləri arasında formalaşmış sıx əməkdaşlıq əhəmiyyətli hesab edilib.
Bildirilir ki, regional və beynəlxalq gündəliyin bir sıra məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Səfir Xaçatryan həmsöhbətinə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsinə yönəlmiş Vaşinqton razılaşmalarını və onların çərçivəsində TRIPP layihəsinin həyata keçirilməsinin gedişatını təqdim edib.







