BaşlıcaSiyasət

Bir Azərbaycan vətəndaşı Ermənistanda sığınacaq istəyib

Ermənistanda sığınacaq almaq üçün bir Azərbaycan vətəndaşı müraciət edib. Statistika Komitəsinin məlumatına görə, o, 35-64 yaş arası kişidir.Bu haqda  Factor.am məlumatlandırır.

Keçən il Ermənistanda ümumilikdə 600 nəfər sığınacaq istəyib. Onların arasında ən çox İran vətəndaşları olub – 197 nəfər, sonra Ukraynadan – 86, Rusiyadan – 44, Əfqanıstandan – 34, Misirdən – 34, Kubadan – 30, Suriyadan – 29, İraqdan – 27, Nigeriyadan – 16, Livandan – 11 nəfər.

Sığınacağı həmçinin 7 Türkiyə vətəndaşı istəyib, onlardan biri yetkinlik yaşına çatmayan qızdır, 6-sı isə 35 yaşdan yuxarı kişilərdir.

Qeyd edək ki, 2024-cü ildə Ermənistanda sığınacaq axtaranların sayı 2025-ci illə müqayisədə bir qədər çox olub – 665 nəfər.

Daha çox göstər
Back to top button